Nazirlərin və deputatların maaşı kəsildi - NEFTƏ GÖRƏ

Səudiyyə Ərəbistanında nazirlərin və deputatların maaşı kəsilib. APA TV-nin "Vesti.az"a istinadən xəbərinə görə, kralın fərmanına əsasən onların əmək haqları 15 faiz azaldılıb, bundan əlavə bəzi dövlət işçilərinin mükafatları da ləğv edilib.

Bu addımın neftin qiymətinin ucuzlaşmasına görə atıldığı qeyd olunur.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında maaşların gecikməsi faktı 2015-ci ildən müşahidə edilir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR