AVCİYA: Səsvermə şəffaf və demokratik keçirilib
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) referendumla əlaqədar hesabat konfransı keçirib.
APA TV-nin xəbərinə görə, AVCİYA seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, təşkilat 3000 müşahidəçi ilə referendumun monitorinqini aparıb: “Hələ avqustun 26-dan başlayaraq bölgələrdə referendumla bağlı seminar keçirmişik. Dünən isə müşahidəçilər seçicilərlə sorğu aparıb. Həmin sorğu əsasən seçici fəallığı və qanun pozuntusunun olub-olmaması ilə bağlı olub”.
Sonra M.Zülfqarlı təşkilatın bəyanatını elan edib. O qeyd edib ki, 65 seçki dairəsində aparılan monitorinq nəticəsində səsvermənin ədalətli keçirildiyi barədə qənaətə gəlinib: “Referendum günü ölkə üzrə seçici fəallığı yüksək olub. Bəzi texniki çatışmazlıqlar istisna olmaqla, qanun pozuntusu aşkarlanmayıb. Referendum şəffaf və demokratik keçirilib”.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı