Beynəlxalq QHT-dən ibarət Müşahidə Qrupu: Referendum Azərbaycan vətəndaşlarının gözləntilərini doğruldub
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Beynəlxalq QHT-dən ibarət Müşahidə Qrupunun mətbuat konfransı keçirilib.
APA TV-nin xəbərinə görə, konfransda Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin vitse-prezidenti Uillyam Rasimora (William Racimora) qrupun referendumla bağlı bəyanatını açıqlayıb.
O bildirib ki, Konstitusiyaya ediləcək dəyişikliklər demokratiyanı və insan azadlıqları sahəsində inkişafı sürətləndirəcək, mövcud boşluqları aradan qaldıracaq. İdarəetmədə sabitliyi təmin edəcək: “Biz referendumla bağlı yekun nəticəni gözləyirik. Avropa İttifaqının tərəfdaş ölkəsində sabitliyin qorunması beynəlxalq əməkdaşlıq üçün vacibdir”.
Onun sözlərinə görə, qrup 49 seçki məntəqədə səsvermə prosesini, 5 məntəqədə isə sayılma prosesini müşahidə edib: “Səsvermənin ədalətli keçirildiyini gördük və heç bir qanun pozuntusu olmadı. Bu səsvermə Azərbaycan vətəndaşlarının gözləntilərini doğruldub”.
Belçikanın Polis üzrə Araşdırma Mərkəzinin sədri Borda Qulis şəffaflığa və təşkilatçılığa görə MSK-ya təşəkkür edib: “Müşahidələr rahat və sərbəst şəkildə aparılıb. Seçkilərlə bağlı bəyanat birgə hazırlanıb. Hər bir prosesin yüksək səviyyədə təşkil olunduğunu gördük”.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı