Terror qruplaşması: Silahları birbaşa ABŞ-dan alırıq

"Ən-Nusra Cəbhəsi" ABŞ-ın onlara çoxlu sayda silah göndərdiyini açıqlayıb. APA TV-nin məlumatına görə, bu fikri qruplaşmanın komandirlərindən biri "Əbu əl-Əzz" kod adlı terrorçu Almaniyanın "Focus" jurnalına müsahibəsində deyib.

 

ABŞ, Rusiya və BMT tərəfindən terror təşkilatı olaraq qəbul olunan “Cəbhət ən-Nüsra” onlara Vaşinqton tərəfindən başda BGM-71 TOW tank əleyhinə raketlər olmaqla çoxlu sayda silah verildiyini bildirib. "Əbu əl-Əzz" silahların verilməsində hər hansı təşkilatın vasitəçilik etmədiyini, amerikalılardan birbaşa aldıqlarını söyləyib. O, "raketlər birbaşa bizə verildi. Amerikalılar bizim tərəfimizdədir", - deyə qeyd edib.

 

"Əsəd rejimi devrilənə qədər döyüşəcəyik" - deyən "Ən-Nusra Cəbhəsi" komandiri məqsədlərinin şəriət qanunları ilə idarə olunan İslam dövləti qurmaq olduğunu və hər hansı dünyəvi dövləti tanımayacaqlarını bildirib.

 

Qeyd edək ki, bu ilin iyul ayında “Cəbhət ən-Nüsra” terror təşkilatı "əl-Qaidə"dən ayrılaraq adını "Şam Fəthi Cəbhəsi" qoyduğunu elan etmişdi. "Əl-Qaidə" ilə birgə vuruşduğu zaman terror təşkilatı olaraq tanınan "Ən-Nusra Cəbhəsi"nin bu qərardan sonra da ABŞ rəhbərliyi tərəfindən terror təşkilatı olaraq qəbul olunduğu açıqlanmışdı.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR