Türkiyə Suriyaya qoşun yeritdi

Türkiyə Silahlı Qüvvələrinə məxsus "Fırtına" topları İŞİD hədəflərini vurmaqda davam edir, atəş qabiliyyətli və canlı qüvvə daşıyan zirehli texnika isə Suriya ərazisində daxil olub.

 

APA TV-nin məlumatına görə, türk ordusunun dəstəyi ilə Azad Suriya Ordusu Çobanbəy və Aziz qəsəbələri istiqamətindəki kəndlərdə irəliləyişi davam etdirir.

 

Səhər saatlarından sərhəddə yerləşən Türkiyəyə məxsus "Fırtına" topları və tanklarla terrorçuların mövqeləri atəşə tutulur. Zərbə endirilən bölgələrdən qara duman yüksəlir. İŞİD-in vurulması ilə yanaşı, sərhəddə yerləşən Türkiyə Silahlı Qüvvələrinə məxsus zirehli texnika və minalara qarşı dözümlü, canlı qüvvə daşıyan texnika Suriya ərazisinə daxil olub.

 

Qeyd edək ki, avqustun 24-də Türkiyə Silahlı Qüvvələri ilə Azad Suriya Ordusu Suriya ərazisində İŞİD və PYD/YPG terrorçularına qarşı "Fərat qalxanı" hərəkatına başlayıb. Əməliyyatlar nəticəsində Cerablus və Çobanbəy qəsəbələri, bu istiqamətdə yerləşən onlarla kənd terrorçulardan azad olunub. Növbəti hədəfin İŞİD-in nəzarətində olan və terrorçuların çoxlu texnika və canlı qüvvə topladığı Əl-Bab şəhəri olduğu bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR