Klinton-Tramp qarşıdurması - İLK TELEDEBAT, İLK QALİB
ABŞ prezidentliyinə namizədlər - Hillari Klinton və Donald Tramp arasında ilk teledebat baş tutub.
APA TV-nin məlumatına görə, əsas müzakirə İŞİD və Rusiyanın nüvə potensialı ətrafında gedib.
Bununla yanaşı, ABŞ-ın milli təhlükəsizlik məsələsi də qızğın mübahisələrə səbəb olub. Rusiyanın kiberhücumlarını şiddətlə tənqid edən Klintondan fərqli olaraq, Tramp ehtiyatlı danışmağa üstünlük verib.
Donald Tramp bu dəfə də Rusiyanın nüvə arsenalının daha müasir və güclü olduğunu iddia edib. Bunun ABŞ üçün nə qədər təhlükə törədə biləcəyi məsələsində isə opponentlərin ikisi də eyni mövqedən çıxış ediblər.
Hillari Klinton ABŞ-ın NATO-dakı müttəfiqlərini qorumalı olduğunu və ümumiyyətlə, dünyada nüvə təhlükəsizliyinin qorunması məsələsində diqqətli və güclü olmasının vacibliyini qeyd edib.
Tramp isə ölkəsinin "dünya polisi" rolunu üzərinə götürməməli olduğunu vurğulayıb. O deyib ki, ABŞ alyansdakı müttəfiqlərini qorumaq üçün milyardlar xərcləyir və bu düzgün deyil.
Tramp həmçinin Obama və Klintonu Yaxın Şərqdə baş verənlərə görə tənqid edib. Milyarder İŞİD-in məhz onların yanlış siyasəti nəticəsində meydana gəldiyini iddia edib.
İlk teledebatın nəticəsinə görə isə Hillari Klinton Donald Tramp üzərində qələbə qazanıb.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı