ABŞ-da terrorda təqsirləndirilən türk məhkəmə qarşısına çıxarıldı

ABŞ-da ticarət mərkəzində atəş açaraq 5 nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxs günahını etiraf edib.

 

APA TV-nin məlumatına görə, məhkəmədə Türkiyə əsilli, 20 yaşlı Erkan Çətin “Cascade Mall” ticarət mərkəzində yerləşən “Macy's” dükanında 5 nəfəri güllələdiyini etiraf edib.

 

Vaşinqton ştatının Berlinqton şəhərində baş verən hadisə nəticəsində 4 qadın və 1 bir kişi həyatını itirib. Erkan Çətin insidentdən bir sutka sonra yaxalanıb.

 

Qeyd edək ki, ABŞ Federal Təhqiqat Bürosu hadisəni terror aktı kimi qiymətləndirib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR