Türkiyədə PKK-nın 4 ton partlayıcısı ələ keçirildi

Türkiyənin Van vilayətində PKK terrorçuları tərəfindən partlayıcı yüklənmiş yük maşını saxlanılıb.

 

APA TV-nin məlumatına görə, təhlükəsizlik qüvvələri Van-Ağrı avtomobil yolunun Erciş qəsəbəsindən keçən hissəsində iki terrorçu tərəfindən sahibsiz şəkildə saxlanılan yük maşınını görüblər.

 

Baxış zamanı yük maşınında 4 tona yaxın partlayıcı aşkarlanıb. Dərhal ərazidə təhlükəsizlik tədbirləri görülüb, bələdiyyə işçiləri vətəndaşları ərazidəki evləri boşaltmağa çağırıb.

 

İstehkamçılar partlayıcını zərərsizləşdiriblər. Qəsəbədən çıxarılan partlayıcı boş ərazidə məhv edilib.

 

Hadisə ilə əlaqədar iki nəfər saxlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR