Gəncədə 58 yaşlı kişini maşın vurub öldürdü

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, sentyabrın 26-da, axşam saatlarında şəhərin “Poçt” qəsəbəsinə gedən yolda "VAZ-2107" markalı avtomobil yolu keçmək istəyən piyada, 58 yaşlı Vaqif Sadıqovu vurub.

 

Ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılan yaralıya tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR