MSK: Referendumda seçici fəallığı 69,7 faiz olub

Azərbaycanda Konstitusiyaya dəyişikliklər üzrə ümumxalq səsverməsi (referendum) ilə bağlı ölkə üzrə yekun seçici fəallığı açıqlanıb.

 

APA TV-nin məlumatına görə, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov keçirdiyi mətbuat konfransında bildirib ki, saat 19:00-a qədər  5 milyon 267 min 111 seçicidən 3 milyon 671  min 7 nəfər səs verib.

 

Beləliklə, referendumda seçici fəallığı 69,7 faiz təşkil edib.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR