Ramiz Mehdiyev Venesiya Komissiyasının rəyinə münasibət bildirdi
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bu gün keçirilən referendumda səs verib.
APA TV-nin məlumata görə, R.Mehdiyev 29 saylı Səbail Seçki Dairəsinin 7 saylı seçki məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib.
Prezident Administrasiyasının rəhbəri jurnalistlərə açıqlamasında Venesiya Komissiyasının Konstitusiya dəyişikliyi ilə bağlı rəyinə münasibət bildirib. O, Venesiya Komissiyasının mövqeyinə münasibətinin mənfi olduğunu deyib: "Onların rəyinə münasibətim mənfidir, çünki reallığa uyğun deyil. Onlar bizimlə müzakirə aparmayıblar. Biz onlara sənəd göndərməmişik, bizimlə heç bir müzakirə aparmadan qərar verib, tapşırıq əsasında belə rəy yayıblar. Referendum Azərbaycana çox şey verəcək. Ölkə inkişaf edir, referendum da bu inkişafa uyğun olaraq keçirilir".
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı