Referendum başa çatdı
Azərbaycanda Konstitusiyada dəyişikliklər üzrə ümumxalq səsverməsi (referendum) bitib.
APA TV-nin məlumatına görə, bu gün saat 08.00-da başlanan səsvermə saat 19.00-da başa çatıb.
Vətəndaşlar 125 seçki dairəsi üzrə 5 627 seçki məntəqəsində səs verib, Konstitusiyanın 29 maddəsi üzrə təklif edilən dəyişikliklərə münasibətlərini bildiriblər.
Azərbaycanda referendumu 18 beynəlxalq təşkilatın 117 müşahidəçisi izləyib. Bunların sırasında AŞPA, MDB Parlament Assambleyası, TürkPA, Böyük Britaniya, Fransa, Avstriya, Avstraliya və digər ölkələrin parlamentlərindən ibarət nümayəndə heyətlərinin, müxtəlif ölkələrin Mərkəzi Seçki Komissiyalarının təmsilçiləri var.
Seçkiləri 53 531 yerli müşahidəçi izləyib.
Referendum baş tutub.
OXŞAR XƏBƏRLƏR
16:26
531
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
590
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
765
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
579
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
681
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
463