Qaxda 7 məntəqədə “exit-poll” keçirilir
Qaxda 18 yaşı tamam olmuş 942 nəfər ilk dəfə səs verəcək.
APA TV-nin yerli bürosunun məlumatına görə, 112 saylı Qax Seçki Dairəsi üzrə 58 seçki məntəqəsi fəaliyyət göstərir. Səs verəcək vətəndaşların sayı 42080 nəfərdir. Dairənin 8 məntəqəsində veb-kamera quraşdırılıb, 7 məntəqədə “exit-poll” keçirilir. Dairə üzrə 590 müşahidəçi qeydə alınıb.
APA TV-nin çəkiliş qrupunun müşahidə apardığı Qax şəhəri 1 saylı məntəqədə səsverməyə saat 8.00-da start verilib. Məntəqə sədri Təranə Əhmədova müşahidəçilərin nəzarəti ilə seçki qutusunu möhürləyib. Daha sonra səsvermə başlayıb. DSK üzrə 100 yaşdan yuxarı iki nəfər seçici səs verəcək.
112 saylı Qax DSK-nın 1 və 2 saylı məntəqələrində ilk saatlardan seçici aktivliyi müşahidə olunub.
OXŞAR XƏBƏRLƏR
16:26
531
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
590
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
765
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
580
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
681
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
463