Balakəndə 116 yaşlı seçici evində səs verib

109 saylı Balakən rayon Dairə Seçki Dairəsi üzrə 39 seçki məntəqəsi fəaliyyət göstərir. APA TV-nin yerli bürosunun məlumatına görə, səs verəcək vətəndaşların sayı 43.555 nəfərdir, onlardan 365 nəfəri ilk dəfə səs verəcək.

 

Dairənin 8 məntəqəsində veb-kamera quraşdırılıb. Dairə üzrə 384 müşahidəçi qeydə alınıb. 3 məntəqədə “exit-poll” keçirilir.

 

APA TV-nin çəkiliş qrupunun müşahidə apardığı 109 saylı DSK-nın 12 saylı Qullar kənd məntəqəsində səsverməyə saat 8.00-da start verilib. Məntəqə sədri Aişə Nastakalova və müşahidəçilərin nəzarəti ilə seçki qutuları möhürlənib. 12 saylı Qullar kənd seçki məntəqəsinin ən yaşlı seçicisinin 116 yaşı var.

 

Rayonun Acılıxbinə yaşayış məntəqəsində yaşayan Fatma Səməddinovanın səsvermədə iştirak etməsi üçün daşınan qutunu onun yaşadığı evə məntəqə üzvləri aparıb. Fatma Səməddinova APA TV-nin əməkdaşı ilə aparılan söhbətində bildirib ki, 1900-cü ildə Şəki rayonunun Baş Laysqı kəndində anadan olub və ötən əsrin 30-cu illərində Balakən rayonuna köçüb. Fatma Səməddinova 116 yaşında səsvermədə iştirak etdiyi üçün özünü xoşbəxt hesab etdiyini söyləyib.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR