Qusarda 105 yaşlı seçici səs verib

Qusar rayonunda 105 yaşlı seçici seçki məntəqəsinə gələrək səs verib.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, rayonunun Bədişqala kənd sakini, 1912-ci il təvəllüdlü Bəsbəyi Ziyadxan qızı Döndərova 51 saylı Qusar Seçki Dairəsinin 39 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib: "Nənə qurban olsun sənə. Məndən də çox yaşayasınız. Dünya salamat olsun. Müharibə olmasın, səngərdəki balalara Allah kömək olsun".

 

51 saylı Qusar Seçki Dairəsində 62 məntəqə var. Bu seçki dairəsində ümumi 45 878 seçici qeydiyyatdadır. Onlardan 817 nəfəri ilk dəfə səs verəcək. Seçkiləri izləmək üçün  616 yerli müşahidəçi kimi qeydiyyatdan keçib, 10 məntəqədə isə veb-kamera quraşdırılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR