Lənkəranda 16 seçki məntəqəsində “exit-poll” keçirilir
“Rəy” Monitorinq Qrupu Lənkəran rayonu üzrə 16 seçki məntəqəsində “exit-poll” keçirir.
Qrupun nümayəndəsi Nərgiz Katibli APA TV-nin cənub bürosuna səhər saat 7:30 radələrindən 73 saylı Lənkəran şəhər seçki dairəsinin 20 saylı məntəqəsində seçkiləri izlədiyini bildirib.
Onun sözlərinə görə, referendumda seçicilərin fəallığı yüksək olub, heç bir qanun pozuntusu müşahidə olunmayıb.
Qeyd edək ki, 73 saylı Lənkəran şəhər seçki dairəsi üzrə 28 məntəqə fəaliyyət göstərir. Ümumi səs verən vətəndaşların sayı isə 35315 nəfərdir. 12 məntəqədə veb-kamera quraşdırılıb. Dairə üzrə 234 müşahidəçi qeydə alınıb. Səkkiz məntəqədə “Rəy” Monitorinq Qrupu ilə yanaşı, “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi tərəfindən “exit-poll” keçirilir.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı