Məhkumlar səs verdi

Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi üzrə sentyabrın 26-da keçirilən referendumla bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyindəki cəzaçəkmə müəssisələrində yaradılan seçki məntəqələrində də səsvermə prosesi keçirilib.

 

APA TV-nin məlumatına görə, Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında 14 dairə seçki komissiyası üzrə 26 seçki məntəqəsi yaradılıb.

 

14 saylı Xəzər dairə seçki komissiyasının Penitensiar Xidmətin 2, 9, və 17 saylı cəzaçəkmə müəssisələrində fəaliyyət göstərən 37, 38 və 41 saylı seçki məntəqələrində və 16 saylı cəzaçəkmə müəssisəsində 32 saylı Suraxanı üçüncü seçki dairəsinin 31 saylı məntəqəsində səsvermə hüququ olan məhkumlar səs veriblər.

 

Bu məntəqələrdə məhkumların səs vermələri üçün hər cür şərait yaradılıb. Referendumda iştirak edən məhkumlar bildiriblər ki, səsvermə azad, şəffaf keçirilir.

 

Cəzaçəkmə müəssisələrindən bildiriblər ki, saat 12:00-a kimi məhkumların 40 faizi artıq səs verib.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR