Lənkəranın ən yaşlı seçicisi səs verib
Lənkəranın ən yaşlı seçicisi Azərbaycanda keçirilən referendumda səs verib. APA TV-nin cənub bürosunun məlumatına görə, 75 saylı Lənkəran-Masallı Seçki Dairəsində qeydiyyata alınan ən yaşlı seçici 111 yaşlı Şabikə Fərhad qızı Axundovadır.
Azərbaycanda keçirilən əvvəlki seçkilərdə fəal iştirak edən Şabikə Axundovanın səhhətində yaranan problemlə bağlı yaşadığı ünvana daşınan seçki qutusu aparılıb.
Ş.Axundova bundan sonra keçiriləcək bütün seçkilərdə iştirak edəcəyini bildirib.
Qeyd edək ki, Lənkəranın Boladi kəndində yaşayan Şabikə Axundova 1905-ci ildə anadan olub. Uzun müddət yerli təsərrüfatda tərəvəzçi, çaybecərən kimi çalışıb.
OXŞAR XƏBƏRLƏR
16:26
543
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
602
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
776
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
583
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
684
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
465