Gəncədə 111 yaşlı seçici məntəqədə səs verib

Gəncənin ən yaşlı seçicisi məntəqəyə gedərək səs verib.

 

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1905-ci il təvəllüdlü Zəhra Əhmədova Gəncə 38 saylı Nizami ikinci seçki dairəsinin 20 saylı seçki məntəqəsinə gələrək səs verib. Sağlamlığında ciddi problem olmayan Z.Əhmədova seçkidə iştirak etməyin vətəndaşlıq borcu olduğunu deyib.

 

Məntəqədə qarşılanan Zəhra Əhmədovaya xoş arzular bildirilib və ona gül dəstəsi verilib. Məntəqə sədri Eleonora Əsgərovanın dediyinə görə, 111 yaşlı Zəhra Əhmədova hər seçkilərdə fəallıq göstərərək məntəqəyə gəlib səs verir.

 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR