Gəncədə 22 seçki məntəqəsində “exit-poll” keçirilir

Gəncədəki dörd Seçki Dairəsi üzrə 1497 yerli müşahidəçi qeydiyyata alınıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, şəhər üzrə 150862 seçici var.

 

37, 38, 39 və 40 saylı Seçki dairələrində 112 seçki məntəqəsi fəaliyyət göstərir. Buraya hərbi hissələrdə və 2 saylı istintaq təcridxanasında yaradılan 5 seçki məntəqəsi də daxildir. Gəncədəki seçki məntəqələrindən 40-da veb-kameralar quraşdırılıb. 44 məntəqədə isə əlil arabaları ilə hərəkət edənlərin binaya daxil olması üçün xüsusi panduslar quraşdırılıb. 

 

Dairə Seçki komissiyalarından verilən məlumata görə, “Rəy” Monitorinq Qrupu və “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi 22 məntəqədə “exit-poll” keçirir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR