PKK Mardində hərbçilərin olduğu avtomobili partlatdı: 3 şəhid, 7 yaralı

Türkiyənin Mardin vilayətində  PKK terrorçuları avtomobil yolunda partlayış törədib. APA TV-nin məlumatına görə, Qızıltəpə-Derik yolunda baş verən terror aktı nəticəsində bir hərbçi şəhid olub, doqquzu yaralanıb. Vəziyyəti ağır olan iki yaralı helikopterlə Diyarbəkirə çatdırılıb. Həkimlərin müdaxiləsinə rəğmən hər iki hərbçi şəhid olub. Şəhid sayı üçə yüksəlib. Digər 7 yaralı hərbçi Derik və Qızıltəpə Dövlət Xəstəxanalarına çatdırılıb.

 

Terrorçular əvvəlcədən yola döşədikləri partlayıcını mülki mikroavtobus hərəkətdə olan zaman partladıb. Nəqliyyat vasitəsində isə həmin an hərbçilər, kənd qoruyucuları olub.

 

Bölgədə partlayışdan sonra qaçan PKK-çıların məhv edilməsi üçün əməliyyat başlanıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR