Hacıqabulda doqquz seçicinin 100-dən çox yaşı var
Hacıqabulda referendumda iştirak edən doqquz seçicinin 100-dən çox yaşı var.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, 58 saylı Hacıqabul-Kürdəmir Dairə Seçki Komissiyasını (DSK) əhatə edən məntəqələrdə seçici aktivliyi müşahidə edilib.
49 məntəqədə keçirilən referendumda səsvermə siyahısı üzrə seçicilərin sayı 44343 nəfərdir. DSK üzrə 9 seçicinin 100-dən çox yaşı var. 80-100 yaşlı seçicilərin sayı 786 nəfərdir. Ən yaşlı seçici Pullu Rəcəbovanın 114 yaşı var. 18 yaşına çatmış 703 seçici ilk dəfə səs verəcək. Eyni zamanda Daxili Qoşunların Hacıqabulda yerləşən hərbi hissənin zabit və əsgər heyəti də səsvermədə iştirak edir.
8 məntəqədə referendumu “online” rejimdə izləmək üçün veb-kameralar quraşdırılıb.
Bir neçə məntəqədə Fransanın “OpinionWay” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi və "ELS" Müstəqil Araşdırmalar Mərkəzi “exit-poll” keçirir.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı