İzmirdə FETÖ əməliyyatı: 76 nəfər tutuldu
İzmir Ədliyyəsində FETÖ qruplaşmasına qarşı geniş əməliyyat həyata keçirilib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, əməliyyat nəticəsində daha öncə barələrində həbs qərarı çıxarılmış 101 nəfərdən 76 nəfəri həbs edilib.
Saxlanılan şəxslər arasında katiblər, müşavirlər və dəftərxana müdirlərinin də olduğu bildirilib.
Saxlanılan şəxslərin öz aralarında şifrəli rabitə sistemi olan "Bylock"dan istifadə etdiyi açıqlanıb.
Qeyd edək ki, İzmir ədliyyə binasında ilk FETÖ əməliyyatı 10 avqust tarixində keçirilib. Həmin vaxt FETÖ ilə əlaqəsi olmaqda şübhəli bilinən 81 əməkdaş haqqında həbs qərarı çıxarılıb.
OXŞAR XƏBƏRLƏR
16:26
543
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
602
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
776
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
583
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
684
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
465