MSK katibi: "Hələlik heç bir şikayət daxil olmayıb"

"Bu gün səhər saat 8:00-dan ölkə üzrə 125 seçki dairəsi üzrə 5627 seçki məntəqəsi seçicilərimizin üzünə açılıb. Həmin andan başlayaraq hələ ki, heç bir problem yoxdur". APA TV-nin məlumatına görə, bu sözləri MSK-nın katib Arifə Muxtarova bildirib.


O qeyd edib ki, indiyədək hər hansı bir problem barəsində MSK-na və yerlərdə seçki dairə komissiyalarına məlumat verilməyib: "Bilirsiniz ki, "qaynar xətt" fəaliyyət göstərir. Bu saata qədər də qaynar xəttə şikayət xarakterli məlumat daxil olmayıb. Əgər müraciətlər də daxil olarsa əlbəttə ki, bu sorğu xarakterli müraciətlərdir. Bildiyimiz kimi ölkə üzrə seçki məntəqələrinə 1000 veb-kamera quraşdırılıb. Bu veb-kameralar vasitəsilə birbaşa olaraq səsvermə prosesi, eyni zamanda axşam saat 19:00-da seçki məntəqələri bağlandıqdan sonra səsvermənin nəticələrinin rəsmiləşdirməsi prosesi birbaşa olaraq müşahidə ediləcək. Yəni, MSK-nın internet saytında daxil olub istənilən seçki məntəqəsinə daxil olub səsvermə prosesini birbaşa izləyə bilərlər".

Xatırladaq ki, ölkə üzrə 119 seçki dairəsində veb-kameralar quraşdırılıb. Veb-kameralar yalnız məcburi köçkün sayılan seçki dairələrində yerləşdirilməyib. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR