ABŞ-ın BMT-dəki nümayəndəsi: "Rusiya müharibəni və barbarlığı dəstəkləyən dövlətdir"

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxış edib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, S.Pauer çıxışında Hələbdəki mövcud vəziyyətə həsr olunan toplantıda Rusiyanı Suriyada müharibənin davam etməsində maraqlı olmaqda ittiham edib.

 

O, həmçinin rəsmi Moskvanın Suriyadakı addımlarını barbarlıq adlandırıb. "Rusiyanın dedikləri ilə atdığı addımlar uyğun gəlmir. Çünki bu ölkə müharibəni və barbarlığı dəstəkləyən bir dövlətdir. Əgər rəsmi Moskva Suriyada müharibənin davam etməsində maraqlıdırsa, belə olan halda münaqişənin dinc yolla həll edilməsi mümkün deyil" - deyə, Samanta Pauer qeyd edib.

 

S.Pauer eyni zamanda ölkəsinin Suriyada sülhə nail olunması üçün bütün mümkün vasitələrdən istifadə edəcəyini də sözlərinə əlavə edib.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR