Zərdab və Şirvanda seçici aktivliyi müşahidə olunur
Azərbaycanda Konstitusiyada dəyişikliklər üzrə ümumxalq səsverməsi (referendum) 26 sentyabr tarixində keçirilən referendumla bağlı Zərdabda bütün zəruri tədbirlər görülüb.
92 saylı Zərdab-Ucar seçki dairəsinin dairə seçki komissiyasının sədri Mehdi İsmayılovun APA TV-nın yerli bürosuna verdiyi məlumata görə, rayonlar üzrə 48 seçki məntəqəsinin hər birində təlimata uyğun zəruri tədbirlər görülüb.
Seçici sayı 41 066 nəfər olan 48 seçki məntəqəsinin 8-də veb-kameralar quraşdırılıb. Referendumda səhhəti ilə bağlı iştirak edə bilməyən şəxslərin yazılı və şifahi müraciətləri qəbul olunur. M.İsmayılov əminliklə qeyd edib ki, hər iki rayon üzrə bütün məntəqələrdə görülən işlər və müşahidə edilən seçici aktivliyi referendumun daha şəffaf keçməsinə zəmanət yaradır.
46 saylı Şirvan Dairə Seçki Komissiyası (DSK) üzrə keçirilən referendumda yüksək seçici aktivliyi müşahidə edilir. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, ümumxalq səsverməsinə (referendum) start verilən andan 46 saylı Şirvan Dairə Seçki Komissiyasını (DSK) əhatə edən məntəqələrdə yüksək seçici aktivliyi müşahidə edilir.
Qeyd edək ki, 41 121 seçicini əhatə edən 33 məntəqədən 12-də referendumu “online” rejimdə izləmək üçün veb-kameralar quraşdırılıb. DSK üzrə 5 məntəqədə “exit-poll” keçirilir. Bir məntəqədə sorğunu Fransanın “OpinionWay” Sosioloji Tədqiqatlar İnstitutu ilə “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi, digər dörd məntəqədə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi keçirir. Saat 09.00-dan başlayan “exit-poll”-un nəticələri saat 12.00, 15.00, 17.00 və 19.00-da elan ediləcək.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı