Salyanda yaşayış evi yandı
Salyanda 3 otaqlı fərdi yaşayış evi yanıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Salyan şəhəri Ağa Mirbağırağa küçəsi, dalan 4 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 53 yaşlı Məmmədrza Nəcəfova məxsus 3 otaqdan ibarət fərdi yaşayış evi anidən alovlanmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Salyan Dövlət Yanğından Mühafizə Hissəsinə məxsus 2 yanğınsöndürən maşın cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb və alovun digər tikililərə keçməsinin qarşısı alınıb.
Buna baxmayaraq, ümumi sahəsi 90 kvadrat metr olan evin 60 kvadrat metri içindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
16:26
543
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
602
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
776
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
583
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
684
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
465