Azərbaycanda referendumla bağlı səsvermə davam edir

Azərbaycanda konstitusiyaya dəyişikliklər üzrə referendumda səsvermə prosesi başlayıb.

 

APA TV-nin məlumatına görə, paytaxtın bir neçə seçki məntəqəsində səsvermə prosesinin keçirilməsi üçün bütün zəruri hazırlıq işləri yekunlaşıb.

 

18 saylı Nərimanov-Nizami, 19 saylı Nərimanov birinci eləcə də 122 saylı Xankəndi seçki dairələrində vətəndaşların adlarını rahat şəkildə tapa bilməsi üçün  seçici siyahıları yerləşdirilib, habelə zəruri sayda seçki bülletenləri paylanıb. Məntəqədə hər il olduğu kimi bu il də şəffaf seçki qutuları qoyulub.

 

Komissiya üzvləri səsvermə prosesinin qanunvericiliyə uyğun şəkildə təşkili üçün bütün tədbirlərin görüldüyünü bildiriblər.

 

122 saylı Xankəndi seçki dairəsi də digərlərində olduğu kimi səsvermə prosesinə tam hazırdır. Burada da seçici siyahıları öncədən hazırlanaraq müvafiq yerlərdə asılıb. Komissiya sədrinin bildirdiyinə görə, məntəqəyə zəruri sayda bülleten gətirilib, bütün zəruri işlər yekunlaşdırılıb.

 

Qeyd edək ki, ümumxalq səsverməsi - referendum üzrə səsvermə prosesi saat 19:00-da başa çatacaq. Bundan sonra isə bülletenlərin sayılması prosesinə start veriləcək.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR