Neft bahalaşdı

Dünya bazarında neft yenidən bahalaşıb. APA TV-nin məlumatına görə, ötən həftə son seanslarda "Brent" markalı neft kəskin ucuzlaşaraq 46,02 dollara düşüb. Bu səhər isə adı çəkilən marka yenidən bahalaşıb. Hazırda bir barel neftin qiyməti 46,82 dollardan satılır.

 

Qərbi Texas neftinin qiymətində də yüksəlmə var. WTİ nefti ötən həftənin son hərraclarında 44,62 dollardan təklif olunub. Hazırda bir barelin qiyməti 44,81 dollardan təklif olunur.
 

Səudiyyə Ərəbistanı və İran arasında Vyanada keçirilən danışıqların nəticəsiz başa çatması ilə neftin qiymətlərində həftə sonu iki ayda ən böyük qiymət ucuzlaşması baş verib. Buna baxmayaraq Səudiyyə Ərəbistanı hasilatı azaltma təklifində qalaraq bu yolla qiymətlərin sabitləşməsinə nail olunacağını bildirib. İran isə hasilatı bugünkü səviyyədə - gündəlik 3,6 milyon barel həddində dondura biləcəyini açıqlayıb. Səudiyyə Ərəbistanın rəsmi təklifi sentyabrın 26-28-də Əlcəzairdə keçiriləcək OPEK üzvlərinin toplantısında müzakirə olunacaq. Toplantıda anlaşma əldə olunsa neftin qiymətlərinin artacağı proqnozlaşdırılır. Əks təqdirdə qiymətlərdə yenidən ucuzlaşma müşahidə oluna bilər.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR