Lənkəran Dövlət Dram Teatrı mövsümə start verdi
Bu gün Lənkəran Dövlət Dram Teatrı özünün 126-cı mövsümünə başlayıb.
APA TV-nin cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən açılış mərasimində teatrın direktoru Tofiq Heydərov, baş rejissoru Tural Mustafayev, aparıcı aktrisaları, xalq artisti Böyükxanım Əliyeva və Şahrud Mehdiyeva çıxış edərək, kollektivin ötən mövsümdə qazandığı nailiyyətlərdən, cari mövsümdə qarşıda duran vəzifələrindən danışıblar.
Bildirilib ki, bu il teatrın truppası Bəham Beyzayinin “İlan Sultan” tamaşası ilə qonşu İran İslam Respublikasının paytaxtında keçirilən beynəlxalq teatr festivalında mükafata layiq görülüb. Kollektivin həmçinin may ayında iki tamaşa ilə Bakıda paytaxt tamaşaçıları qarşısında hesabat xarakterli çıxışı da maraq doğurub.
Hazırda teatrda “YUĞ” teatrının baş rejissoru Gümrah Ömərin quruluşunda M.F.Axundzadənin “Hacı Qara” komediyası tamaşaya hazırlanır. Paralel olaraq daha iki səhnə əsərinin - italyan dramaturqu Lüidji Lunarinin “Üç nəfər yelləncəkdə” və Abdulla Şaiqin “Qoç Polad” əsərləri üzərində də iş gedir. Cari mövsümdə teatrda həmçinin bir neçə uşaq əsərinə də müraciət olunacaq.
Açılış mərasimindən sonra Əli Vəlioğlunun “Əsrlərin harayı” tamaşası təqdim olunub.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı