Hələb bombalanır, şəhərə su verilmir: ölü sayı 100-ü keçdi
Suriya ordusuna aid təyyarələr üçüncü gündür ki Hələb şəhərini aramsız olaraq bombalayır.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, UNICEF aviazərbələr artıq yüz minlərlə insanın susuz qalması ilə nəticələnib.
Hələb şəhərinə aviahücumlar bu sabah da davam etdirilib. Suriya İnsan Hüquqlarının Monitorinqi Mərkəzinin rəhbəri Rami Əbdülrəhmanın sözlərinə görə, bu sabahkı zərbələr öncəkilərdən daha intensiv olub.
Hələbin şərq hissəsinə nəzarət edən qruplaşmanın nümayəndəsi Əmmar əl-Selmo endirilən zərbələr zamanı 100-dən çox dinc sakinin öldürüldüyünü açıqlayıb. Suriya Monitorinq Mərkəzi isə bu rəqəmin 47 olduğunu bildirib.
Bu arada, BMT-nin Uşaq Fondu - UNICEF beş gün boyunca davam edən aviazərbələr zamanı su təchizatı stansiyasının sıradan çıxarıldığını, iki milyondan çox insanın sudan məhrum olduğunu açıqlayıb. Yaranmış vəziyyətin bölgədə infeksion xəstəliklərin yaranmasına səbəb olacağı ehtimal edilir.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı