Diyarbəkirdə PKK ilə döyüş: 1 türk əsgəri şəhid oldu

Türkiyənin Diyarbəkir bölgəsində PKK-ya qarşı əməliyyatlar çərçivəsində bir əsgər şəhid olub. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Diyarbəkirin Licə qəsəbəsində terorçularla hərbçilər arasında atışma baş verib.

PKK-çılar əsgərlərə atəş açıblar. Terrorçulara qarşılıq verildikdən sonra onlar hadisə yerindən uzaqlaşmağa nail olublar. Atışmada bir terrorçu məhv edilib.

Bölgədə antiterror əməliyyatları genişləndirilib.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR