Bölgələrə leysan yağıb, Tərtərə dolu düşüb

Sentyabrın 24-dən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərdə sulu qar yağıb, Tərtərə dolu düşüb.

 

Bu barədə APA TV-yə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2-3, Böyük Qafqazda 5-64, Mərkəzi Aran rayonlarında 3-35, Lənkəran-Astara zonasında 8-37, Kiçik Qafqazda 12-23, Qazax-Gəncə zonasında 1-14, Naxçıvan MR-da 1-5 mm təşkil edib. 

     

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR