Türkiyədə növbəti FETÖ əməliyyatı: 46 nəfər tutuldu

Türkiyədə FETÖ terror təşkilatı üzvlərinə qarşı növbəti geniş əməliyyatlar başlayıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, əməliyyatlar paralel olaraq Kahramanmaraş da daxil olmaqla, Elazığ, Ərzincan, İstanbul, Malatya, Mersin, Şanlıurfa və Tekirdağ şəhərlərində keçirilib.

 

Əməliyyatlarda qruplaşmaya aid təhsil müəssisələrində işləyən müəllimlər də daxil olmaqla, ümumilikdə 46 nəfər həbs olunub.

 

Daxili İşlər Nazirliyindən əməliyyatın təfərrüatları barəsində əlavə məlumat verilməyib. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR