Ukrayna yeni raketi uğurla sınaqdan keçirdi
Ukrayna yeni idarə olunan raket kompleksini uğurla sınaqdan keçirib. APA TV-nin məlumatına görə, Ukrayna prezidenti Pyotr Poroşenko öz "Facebook" səhifəsində raketin sınaqdan keçirilməsinin görüntülərini paylaşıb və layihə iştirakçılarını təbrik edib. Prezident bildirib ki, Ukrayna hərbçiləri iki il ərzində onlarla yeni silah və hərbi texnika nümunəsi əldə ediblər. "Bu, Ukrayna Silahlı Qüvvələrinin texniki modernizasiyasının yalnız başlanğıc hissəsidir" deyən prezident işlərin davam edəcəyini vurğulayıb.
Analoji video "Youtube" kanalında da yerləşdirilib. Görüntülərin altında şərh yazan Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bildirib ki, Rusiya raketlərindən fərqli olaraq Ukrayna raketləri idarəolunandır və hədəfi son dərəcə dəqiqliklə vurur.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı