Sərnişin sürücüyə hücum etdi, ağır qəza baş verdi: 11 yaralı

İstanbulun Acıbadem rayonunda metrobus öz yolundan çıxaraq, şosseyə girib. Bir sərnişinin çətirlə sürücüyə hücum etməsi nəticəsində baş verən qəza zamanı metrobus qarşı tərəfdən gələn avtomobilləri əzərək keçib.

 

Hadisə yerinə çoxlu sayda təcili yardım briqadası cəlb edilib. Xilasedicilər avtomobillərdə sıxışıb qalan adamları xilas edib. Məlumata görə, qəza nəticəsində 11 nəfər xəsarət alıb.

 

İstanbul valiliyinin məlumata görə, qəzaya sərnişinlərdən birinin metrobus sürücüsünə hücum etməsi nəticəsində səbəb olub. Hücum anının görüntüləri də yayılıb.

 

Hücum edən sərnişinin əlindəki çətir də hadisə yerindən tapılıb. Sərnişinin özü isə saxlanılıb.

 

Ağır qəzaya səbəb olan sərnişini 10 ilə qədər həbs cəzası gözləyir. Lakin sürücünün onu təhqir etdiyi üzə çıxsa, cəzası yüngülləşə də bilər. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR