"Makarov"u 40 manat borc əvəzinə bacanağına verən SABİQ MƏHKUM ƏLƏ KEÇDİ

Gəncədə qanunsuz silah saxlayan iki nəfər saxlanılıb. APA TV-nin Qərb bürosunun məlumatına görə, Gəncə şəhər Baş Polis İdarəsi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində şəhər sakinləri 57 yaşlı Rəfail Baratpur və 52 yaşlı Fuad Baxşəliyev saxlanılıb.

 

Məlum olub ki, Fuad Baxşəliyev özündə saxladığı “Makarov” tipli tapançanı və 11 ədəd patronu 40 manat borc pul müqabilində bacanağı Rəfail Baratpura verib.

 

Müstəntiq Fərid Məmmədov saxlanan şəxsin tapançanı 1992-ci ildən özündə saxladığını deyib: "“Fuad Baxşəliyev qeyd olunan silahı 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlər zamanı qanunsuz olaraq əldə edib saxlayıb və borc pul müqabilində bacanağı Rəfail Baratpura verib”.

 

Saxlanılan Fuad Baxşəliyev içkili vəziyyətdə olan zaman silahı borc pul müqabilində bacanağına verdiyi etiraf edib.

 

Məlumata görə, Fuad Baxşəliyev həyat yoldaşını qətlə yetirdiyi üçün məhkumluq həyatı yaşayıb.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR