Qarşısına piyada çıxdı, əyləci basdı, qəzaya səbəb oldu

Bakının Nərimanov rayonu ərazisində yol qəzası baş verib. APA TV-nin məlumatına görə, Ceyhun Hacıbəyli küçəsində baş verən hadisəyə yolun qadağan olunmuş hissəsindən keçən piyada səbəb olub.

 

“Kia” markalı avtomobilinin sürücüsü Habil İsmayılovun sözünə görə, hərəkətdə olarkən anidən qarşısına piyada çıxıb. Qadına yol vermək istəyən sürücü əyləci basıb. Arxadan gələn “AzSamand” markalı minik avtomobilinin sürücüsü isə düzgün ara məsafəsi saxlamadığı üçün qarşıdakı maşına çırpılıb.

 

Əraziyə Nərimanov Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları cəlb olunub, müayinələr aparılıb.  İlkin araşdırma zamanı “AzSamand”ın sürücüsü Vüqar Allahverdiyevin yol hərəkəti qaydalarına əməl etmədiyi müəyyən olunub. Sürücünün özü isə günahı piyadada görür.

 

Piyadanın səbəb olduğu yol qəzası zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR