Bakıda kütləvi sünnət mərasimi keçirildi
Bakıda kütləvi sünnət aksiyası keçirilib. APA TV-nin xəbərinə görə, Layf Xeyriyyə İctimai Birliyinin təşkilati, adlarının çəkilməsini istəməyən xeyriyyəçilərin maliyyə dəstəyi ilə keçirilən aksiyada 20-dən çox aztəminatlı ailələrin uşaqları sünnət edilib.
Uroloq Vasif İsmayıl aksiya barədə bunları deyib: "Sünnət, bildiyiniz kimi, bizim xalqın və bu bölgənin xalqlarının ənənəsidir. Eyni zamanda çox həyəcanlı, ailəni, belə deyək, çox təşviş içərisinə salan bir hadisədir. Amma bu hadisəni bir az bayram havasında, uşaqları da sakitləşdirərək həll etmək üçün Layf Xeyriyyə İctimai Birliyi belə bir toplu sünnət kampaniyası həyata keçirdi. Artıq bir neçə uşaq sünnət olunub, digərlərinin də sünnəti bir azdan bitəcək. Hər şey çox yaxşı olacaq. İndiyə qədər 26 nəfər qeydiyyatdan keçib, artıq 5 uşaq sünnət olunub. Bu gün bu aksiya başa çatacaq".
Uroloq Qardaşxan Məmmədov uşaqların günün sonunda evə buraxılacaqlarını bildirib: "Burada adı çəkilməyən, bu kampaniyada iştirak edən bir sıra insanlar var ki, onlara təşəkkür edirik. Vasif həkimin dediyi kimi, sünnət aksiyası tibbi bir prosedurdur. Nəzərdə tutulan bütün uşaqlar tibbi qaydada sünnət olunacaq. Burada aztəminatlı ailələrin uşaqlarıdır. Həkimlərin nəzarətində olacaq, günün sonunda da hər birinə nəzarət ediləcək, sonra evə buraxılacaq".
Qeyd edək ki, Layf Xeyriyyə İctimai Birliyi hər il bu aksiyanı 2 dəfə həyata keçirir.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı