İsmayıllıda avtomobil aşdı: 3 yaralı

İsmayıllı rayonunda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 15:30 radələrində İsmayıllı-Qaraməryəm yolunun 2-ci kilometrliyində qeydə alınıb.

 

İsmayıllının Kürdmaşı kənd sakininə məxsus 31 EP 121 dövlət nömrə nişanlı “VAZ-2106” markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı avtomobildəki şəxslər - 1979-cu il təvəllüdlü Zaur Ədalət oğlu Hacıyev, 1965-ci il təvəllüdlü Salman Abdulla oğlu Cəfərov və 1968-ci il təvəllüdlü Ruqiyə Allahverdi qızı Cəfərova müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR