Putin: "SSRİ-ni dağıtmaq düzgün deyildi"

"SSRİ-ni dağıtmaq düzgün deyildi". APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bunu Kreml rəhbəri Vladimir Putin bildirib.

Rusiya prezidenti qeyd edib ki, demokratik dəyişikliklər yolu tutmaq daha məqsədəuyğun olardı, lakin Kommunist Partiyası dağıdıcı siyasət yeritdi.

"Mənim SSRİ-nin dağılmasına münasibətimi siz bilirsiniz. Bunu etmək vacib deyildi. Başqa yollarla çıxış yolu tapmaq olardı. Amma bir məsələ var idi, bizim hamımızın keçmiş vətəninin başında kommunistlər dayanırdı. Məhz onların yanlış siyasəti buna imkan vermədi. Milliyyətçi, dağıdıcı ideya isə istənilən ölkənin məhvinə gətirib çıxarır", - deyə Putin Rusiyadakı siyasi partiyaların rəhbərləri ilə görüşündə qeyd edib.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR