Qubada traktorla yük maşını toqquşdu

Bu gün səhər saatlarında Qubada yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, qəza Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Paşaoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Hadisə zamanı Paşaoba kənd sakini, 36 yaşlı İsgəndərov Gülayəddin Ağarəhim oğlunun idarə etdiyi 10 U 390 dövlət nömrə nişanlı traktorla 10 RF 725 dövlət nömrə nişanlı DAF markalı yük maşını toqquşub. Toqquşmadan sonra yük maşını yolun kənarındakı qoz ağacına çırpılıb.

 

Hadisə nəticəsində hər iki maşına ciddi ziyan dəyib, traktorun sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

 

Hadisənin səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR