Göygöldə minik maşını ağaca çırpıldı: 3 yaralı

Göygöldə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə Göygöl şəhərində qeydə alınıb.

 

Rayon sakini 1987-ci il təvəllüdlü Turqay Abbasov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında olan ağaca çırpılıb.

 

Qəza zamanı sürücü və iki sərnişin müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Onlardan T.Abbasovun vəziyyəti ağır, digər iki nəfərinki isə  normal qiymətləndirilir.

 

İlkin məlumata görə, qəzaya səbəb sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi olub.

 

Faktla bağlı Göygöl Rayon Polis şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR