DGK sədri Göygöldə vətəndaşları qəbul edib
Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Göygöl şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
APA TV-nin yerli bürosunun məlumatına görə, qəbulda Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən və Şəmkir rayonlarının sakinlərinin müraciətləri dinlənilib.
Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı A.Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.
OXŞAR XƏBƏRLƏR
16:26
613
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
670
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
793
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
585
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
687
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
470