"Qızıl Məryəm"i öldürtdürən qızı: "Özümü qismən təqsirli bilirəm"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasının qətlində təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA TV-nin məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən G.Hüseynovanın vəkili prosesin qapalı keçirilməsi haqqında vəsatətlə çıxış edib. Vəkil iclasda ailədaxili məsələlərin açıqlana biləcəyini, bu səbəbdən kənar şəxslərin prosesdə iştirakının məqsədəuyğun olmadığını deyib.
Məhkəmə kollegiyası müşavirə edərək, prosesin qapalı keçirilməsi barədə qərar qəbul edib.
Qapalı prosesdə prokuror ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər ittiham aktına münasibət bildiriblər. G.Hüseynova özünü qismən təqsirli bildiyini deyib. Ceyhun Əsgərov da özünü təqsirli bildiyini açıqlayıb. Nicat Eyvazov isə özünü təqsirli bilmədiyini deyib.
Proses sentyabrın 30-da davam etdiriləcək.
Qeyd edək ki, bu ilin yanvarında 1965-ci il təvəllüdlü Nametzadə Məryəm Tofiq qızının yaşadığı mənzilində üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Keçirilmiş əməliyyatla cinayəti mərhumun 1988-ci il təvəllüdlü qızı G.Hüseynova, 1998-ci il təvəllüdlü bacısı oğlu N.Eyvazov və 1997-ci il təvəllüdlü C.Əsgərovun törətdiyi müəyyənləşib.
Qətlə yetirilən M.Nametzadə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olub. O, Bakıdakı “Jewellery” zinət əşyaları mağazasının sahibi olub, "Qızıl Məryəm" ləqəbi ilə tanınıb.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı