Bakıda BİZNESMEN QADIN ÖLDÜRÜLDÜ
Paytaxtın Nəsimi rayonu ərazisində qətl hadisəsi törədilib. Nəsimi Rayon Prokurorluğundan APA TV-yə verilən məlumata görə, hadisə paytaxtın Süleyman Rəhimov küçəsində qeydə alınıb. Həmin küçədə yerləşən mənzillərdən birində, 1965-ci il təvəllüdlü Nigar Məhərrəm qızı Sadıqovanın meyiti tapılıb. Meyitə baxış keçirilərkən qadının küt alətlə öldürüldüyü məlum olub. Qətli törədən şəxslər daha sonra evi qarət ediblər. İlkin məlumata görə, mənzildən təxminən 26 min manat və 5 min dolardan cox pul aparılıb. Ətrafda yaşayan qonşuların dediyinə görə, 48 yaşlı Nigar Sadığova 4 nömrəli xəstəxananın yaxınlığında meyvə -tərəvəz satışı ilə məşğul olub. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI