Saatlı sakinindən narkotik tapıldı

Saatlı sakinindən narkotik vasitə olan qurudulmuş marixuana götürülüb.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Saatlı polisi tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitə aludəçisi olan rayonun Fətəlikənd sakini, 1979-cu il təvəllüdlü Qəzəli Zeynali oğlu Bulkvadze saxlanılıb.

 

Onun yaşadığı  ünvanda polietilen torbalara qablaşdırılmış, ümumi çəkisi 409.88 qram qurudulmuş marixuana aşkar edilib. Məlum olub ki, Q.Bulkvadze narkotik vasitəni bir müddət öncə kanal qırağından tapıb. Daha sonra əldə etdiyi toxumları əkərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib.

 

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR