Baş prokuror Şirvanda vətəndaşları qəbul edib

Baş prokuror Zakir Qaralov sentyabrın 23-də Şirvan şəhər prokurorluğunun inzibati binasında Şirvan, Hacıqabul, Saatlı, Sabirabad və Salyan rayonlarında yaşayan vətəndaşları qəbul edib.

 

APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Z.Qaralov bölgədə yaşayan vətəndaşların müraciətini dinləyərək, qaldırılan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon prokurorlarına müvafiq göstərişlər verib.

 

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb. Eyni zamanda prokurorluq orqanlarının səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılması tapşırılıb.

 

Yekunda baş prokuror tabe prokurorların iştirakı ilə müşavirə keçirib. Z.Qaralov vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, cinayətkarlığa qarşı mübarizənin səmərəli aparılması, habelə vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkili ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR