Saakaşvili Ukrayna parlamentinin buraxılmasını tələb etdi
Odessanın qubernatoru Mixail Saakaşvili Ukrayna Ali Radasının buraxılmasını təklif edib. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, o, hazırkı parlamentlə "əsl Avropa dövləti" qurmağın mümkünsüzlüyünü bildirib.
"Siyasi elitanın dəyişməsi milli təhlükəsizliklə bağlı məsələdir. Hazırkı siyasi elita ilə Ukrayna müstəqil Avropa dövləti ola bilməyəcək. Növbəti üç ildə bu parlamentlə işləmək düzgün deyil", - deyə o qeyd edib.
Gürcüstanın keçmiş prezidenti "indiki deputatlar qonşu pəncərələrinin altında dalaşan küçə uşaqları təsiri bağışlayır" deyərək, Ukrayna parlamentində baş verənlərə kinayə ilə münasibət bildirib.
Xatırladaq ki, dünən yerli telekanalların birində proqrama dəvət alan deputatlar Vladimir Parasyuk və Aleksandr Vilkul arasında dava düşüb.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı