Yaponiyada güclü zəlzələ oldu - ABŞ-DA SUNAMİ TƏHLÜKƏSİ

Yaponiyada güclü zəlzələ baş verib. APA TV-nin xəbərinə görə, episentri Tokiodan cənubda, Sakit Okeanın 10 kilometr dərinliyində olan zəlzələnin gücü Rixter cədvəli üzrə 6,5 bal təşkil edib.

 

Zəlzələ ölkənin ümumilikdə 9 prefekturasında hiss edilib. Hələlik dağıntı və tələfat barəsində heç bir məlumat verilmir.

 

Yaponiyada qeydə alınan yeraltı təkanların fəsadları ABŞ-da da hiss edilib. Yeraltı təkanların səbəb olduğu sunamidən Havay adaları, eləcə də Kaliforniya ştatının qərb sahilləri də ziyan çəkib.

 

Qeyd edək ki, zəlzələdən dərhal sonra açıqlama verən rəsmilər ölkədə sunami təhlükəsinin olmadığını bildiriblər.

 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR